Heydər Əliyev Sarayında caz konserti olacaq

Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konserti keçiriləcək.

 

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, əməkdar incəsənət xadimi Cəmil Əmirov, tarzən Şəhriyar İmanov, Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və “H3 Collective” iştirak edəcəklər.
 

Konsertin xüsusi qonağı Parisdə yaşayan istedadlı caz ifaçısı, bəstəkar və pianoçu Etibar Əsədlidir. Gənc pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq caz festivallarda və müxtəlif layihələrdə iştirak edib. 
 

Bildirilir ki, musiqi kompozisiyalarının təqdim olunacağı caz musiqisi axşamında dinləyiciləri maraqlı konsert proqramı və sürprizlər gözləyir. Saat 19:00-da başlayacaq konsertin biletləri 10-50 manat arasında satışa çıxarılıb. Biletləri Heydər Əliyev Sarayının kassasından, İticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar. 
 

Qeyd edək ki, “APA Holding” konsertin informasiya dəstəkçisidir. 

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018