"Çölçü" filmi beynəlxalq festivalda qalib oldu

Şamil Əliyevin “Çölçü” filmi 6-cı "Virgin Spring Cinefest 2018" fevral ayının “Ən yaxşı bədii film”i mükafatına layiq görülüb.

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, rejissor bununla “Golden Galaxy Award” mükafatına nominant statusunu qazanıb.

 

Mükafatlandırma mərasimi oktyabr ayında Hindistanın Kəlküttə şəhərində keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018