Aktyor camaatdan pul topladı

Rus yazıçısı Sergey Dovlatovun “Qoruq” povestinin motivləri əsasında film çəkilib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Anna Matisonun çəkdiyi “Puşkin. Viski. Rok-n-roll” adlanan filmdə əsas rolda Rusiyada məşhur olan aktyor Sergey Bezrukov oynayacaq.

 

Filmdə hadisələr bizim dövrlərdə cərəyan edir, əsas qəhrəman yazıçıdan musiqiçiyə çevrilir, lakin Dovlatovun varisləri onun povestinin belə “oxunması”ını yaxşı qarşılayıblar.

 

Filmdə Bezrukovdan başqa Polina Qaqarina, Qoşa Kutsenko, Leonid Aqutin, Mitya Xrustalyov, Anna Mixalkova, Yevgeniya Kreqjde və başqa artistlər çəkiliblər.

 

Filmin çəkilişi üçün lazımi məbləğ Kraudfandinq  (xalqdan ianə toplama) yolu ilə əldə olunub. Belə ki, Sergey Bezrukov pərəstişkarlarına müraciət edib və onun müraciəti cavabsız qalmayıb.

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018