Birinci kanalda bu müğənnilər qadağan imişSıla, Bengü, Demet Akalın...

TRT kanalının yayımını qadağan etdiyi mahnıların siyahısı ortaya çıxıb.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə siyahıda Nazan Öncel, Nükhet Duru, Onur Akın, Sıla, Bengü, Berkay, Demet Akalın kimi musiqiçilərin ifaları yer alır.

 

Ümumilikdə 208 mahnının yayımı qadağan edib.  

 

Qadağaya artıq Demet Akalın və başqa musiqiçilər öz etirazların bildiriblər.

 

2016-cı ildə TRT-də qadağan olunan mahnılar arasında Sılanın “Afitap”, “Yan benimle”, “Bırak”, “Müstehcen”, Koray Avcının "Sessiz Kadın”, “Sonra Dersin ki”, Bengünün “Hodr Meydanı”, Nazan Öncelin “Sakin ol Şampiyon”, Demet Akalının “Ah, Ulan Sevda” kimi mahnıları yer alıb.

 

Bəzi mahnıların isə sözləri dəyişdirilib. Məsələn, "Hələ, dadaş, hoşmusan?" mahnısındakı " Ayaqların yan basır, Yoxsa sən sərxoşmusan?", sözləri "Ayaqların yan basır, Yoxsa sən orucmusan?" kimi dəyişdirilib. 

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018