"Madam Batterflyay” operası nümayiş olunacaq

 

Martın 17-də Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Belarusun vokal ustalarının birgə iştirakı ilə italyan bəstəkarı Cakomo Puççininin “Madam Batterflyay” operası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyanı - Çio-Çio-San rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova dəvət olunub. T.Qavrilova Çio-Çio-San partiyasının ən yaxşı ifaçılarından biri sayılır.

 

Şarples rolunda Ukrayna Milli operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.

 

Tamaşada Azərbaycanın əməkdar artistləri Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro) və başqaları da çıxış edəcəklər.

 

Opera tamaşasının dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur.

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018