Qustav Klimtin ən məşhur əsərləriSİYAHI

 

Kulis.az “Rəssamın 10 əsəri” layihəsində Qustav Klimtin məşhur əsərlərini təqdim edir.

 

Avstriya simvolist rəssamı Qustav Klimt Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır.

 

Klimtin əsas mövzusu qadın bədəni idi.

 

Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olub. Atası Ernst Klimt qravüraçı və zərgər idi. Rəssamın uşaqlığı yoxsulluq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi.

 

Klimt 1876-cı ildə Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada təhsili alır. Klimt mühafizəkar təlim prinsiplərini asanlıqla qəbul edir. Buna görə yaradıcılığının erkən vaxtlarındakı işləri akademik səciyyə daşıyır.

 

1890-cı illərdən başlayaraq Klimtin diqqətini yapon, Çin, Qədim Misir və Mikena incəsənəti özünə cəlb edir. Beləliklə Klimtin üslubu yeni xarakter almağa başlayır. Bu dövrdən sonra rəssam sənətşünasları tez-tez heyrətləndirməyə başlayır. Özünün qeyri-ənənəvi və provakasion metoduna baxmayaraq Klimt nəhayət Avropanın ən yaxşı rəssamlarından birinə çevrilir.  

 

Qustav Klimtin əsərləri arasında “Öpüş”, “Danaya”, “Həyat və ölüm” və başqa məşhur əsərləri var. Qadınları rəsm etməyi sevən və əsərlərində erotizmə önəm verən rəssam 1907-ci ildə Avstriyanın yəhudi əsilli böyük şəkər istehsalatçısı Ferdinant Blox-Bauerdən həyat yoldaşı Adelin portretini çəkmək sifarişi alır (Bu barədə ətraflı şəkildə bu linkdən oxuya bilrəsiniz). Deyilənə görə arvadı ilə rəssam arasında sevgi yaşandığı öyrənən rəssam bu yolla Klimtdən qisasını almaq istəyirmiş. Beləcə “Adeli Blox-Bauerin portreti” yaranır. İkinci Dünya Müharibəsindən sonra Amerikaya gedib çıxan tablo 2000-ci illərdə “Avstriyanın Mona-Lizası” kimi vətəninə qaytarılır.

 

Klimt 6 fevral 1918-ci ildə vəfat edib.

 

2006-cı ildə

rejissor Raul Ruisin “Klimt” filminin premyerası olur. Baş rolu aktyor Con Malkoviç canlandırıb.

 

Yudif və Olofrenin başı (Yudif I), 1901

 

 

 

Qadının üç yaş dövrü, 1905

 

 

 

Frisa Ridlerin portreti, 1906

 

 

 

Adel Blox-Bauerin potreti, 1907

 

 

 

Danaya, 1907

 

 

 

Ümid II, 1907-1908

 

 

 

Öpüş, 1908

 

 

 

Bakirələr, 1913

 

 

 

Berhoven frizi

 

 

 

Həyat və ölüm, 1910

 

 

 

Van Qoqun ən məşhur əsərləri hansılardır? – SİYAHI

Fahişədən Müqəddəs Məryəm yaradan dahi rəssamın 10 məşhur əsəri

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018