Kann layihəsinə seçilən rejissor: “Bu, müstəqil kinomuzun böyük uğurudur”

Xəbər verdiyimiz kimi, Kann kinofestivalının “L’atelier” proqramına seçilən 15 kinolayihənin içərisində həmyerlimiz, rejissor Elvin Adıgözəlin “Yaşar” kinolayihəsi də yer alıb.

 

Bu yaddaqalan uğurla bağlı E.Adıgözəllə əlaqə saxladıq. O, Kulis.aza açıqlamasında bildirdi ki, “L’atelier” proqramından əvvəl bu layihə Rotterdamin Hubert Bals qrantını almışdı:

 

“Yaşar" ilk əvvəl keçən ilin aprelində İstanbuldakı "Körpüdə görüşmələr" co-production forumda mükafat aldı. Sonra ssenarinin inkişaf etdirilməsi üçün məşhur Hubert Bals pul mükafatını uddu. Noyabrda isə Fransada Nant festivalındakı "Produire au Sud" seminarına qatıldı və ssenarinin bitməsi üçün ssenari müəllimləri ilə müzakirələr aparıldı.”

 

Rejissorun sözlərinə görə, ssenari dekabrda bitib və L'atelier proqramına göndərilib:

 

“İndi isə filmi çəkmədən əvvəl son mərhələdə ən prestijli film festivalının ssenari proqramında iştirak edəcəyik. Bu, müstəqil sənət kinosunun böyük uğurlarından biridir.”

 

Xatırladaq ki, film heç kimlə dil tapa bilməyən 55 yaşlı bir insandan bəhs edir.

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018