“Nar bağı” filmi Türkiyədə nümayiş olunub

Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin Mədəniyyət Mərkəzində “Nar bağı” filmi nümayiş olunub.

 

APA-nın məlumatına əsasən, tədbirdə ali məktəbin rəhbərliyi, müəllim və tələbələr iştirak edib.

 

Filmin nümayişi Ərciyəz Universitetinin İncəsənət bölməsinin müəllimi Nihal Şengül və ali məktəbin azərbaycanlı müəllimləri Nigar Əsgərova və Əsli Əliyevanın təşkilatçılığı ilə baş tutub.

 

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla izlənib. Nümayişdən sonra filmin quruluşçu rejissoru İlqar Nəcəflə görüş keçirilib və o, tamaşaçıların suallarını cavablandırıb.

 

Sonda Ərciyəz Universitetinin rektor müavini professor Dr. Karamehmet Yıldız ali məktəbin adından İ.Nəcəfə təşəkkürnamə təqdim edib.

 

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi bir sıra beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülüb.

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018