Tramp “Oskar”ı sərt tənqid etdi

 

“Oskar” mükafatının 4 Mart tarixində keçirilən təqdimetmə mərasiminə münasibət bildirən Donald Tramp deyib ki, Amerika kinematoqrafında daha ulduz yoxdur.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə ABŞ prezidenti bu barədə özünün Twitter səhifəsində yazıb.

 

O, bildirib ki, yeganə ulduz özüdür.

 

“Problem ondadır ki, sizin prezidentinizdən başqa (əlbəttə zarafat edirəm) artıq ulduzunuz yoxdur”, - Tramp deyib. Onun sözlərinə görə “Oskar”ın builki reytinqi tarix boyu ən aşağı səviyyədədir.

 

Variety jurnalının məlumatlarına görə 2018-ci ildə mükafatın təqdimetmə mərasiminə baxan amerikalıların  sayı ötən ilə nisbətən 16 faiz az olub.

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018