Azərbaycanlı yazarın kitabı Facebookda 2 minə satıldı

 

Rusiyada yaşayan gənc yazar İlqar Kamil kitabını 2002 AZN-ə satıb.

 

Bu barədə Kulis.aza yazıçı özü məlumat verib.

 

O bildirib ki, bu yaxında Bakıda nəşr olunan "Yerlə göy arasında" adlı romanının bir ədəd imzalı nüsxəsini auksiona çıxarıb: “Facebookda status yazıb elan elədim ki, 3 gün ərzində kim bu statusun altında ən çox məbləğ təklif etsə kitab onun olacaq. İlkin məbləğ 10 manat təklif edildi.”

 

Auksion oxucular tərəfindən böyük maraqla qarşılanıb və üç gün davam edən qızğın rəqabətin sonunda imzalı kitabın sahibi Bakı sakini Zaur Bəhlulov olub. O, "Yerlə göy arasında" kitabına 2002 AZN ödəyib.

 

Müəllif bildirib ki, kitab əsasında film çəkilməsi təklifi alıb. Auksiondan əldə edilən gəlir də bu məqsədlə istifadə ediləcək.

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018