Alpay Azərin hekayələr kitabı nəşr edilib

Tanınmış yazıçı Alpay Azərin “Yazıçı və arvadı” adlı hekayələr toplusu nəşr olunub.

 

Kulis.azın verdiyi xəbərə görə, “Qanun” nəşriyyatında çap olunan kitabda “Hisslər və macəralar” silsiləsindən yazılan hekayələr toplanıb. Hekayələr əsasən Azərbaycan və Rusiya mühitində qadın-kişi münasibətlərindən, yeniyetmələrin ilk emosional sevgilərindən, dostluq macəralarından, gənclərin “şəxsi həyat, yaxud karyera” dilemması qarşısındakı yaşantılarından bəhs edir.

 

Xatırladaq ki, bu hekayələrin bir qismi Kulis.az saytında yayımlanıb.

 

“Yazıçı və arvadı” Alpay Azərin sayca ikinci kitabıdır. Bundan əvvəl çap olunan “Şax yeriyənlər” hekayələr kitabı AYB-nin keçirdiyi ədəbi müsabiqədə Yusif Səmədoğlu adına mükafata layiq görülüb.

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018