Folknerin Heminquey haqda bir abzaslıq fikri: “Mənə deməyə söz qoymadı”

Kulis.az dahi Amerika yazıçısı Nobel mükafatçısı Uilyam Folknerin Heminqueyin “Qoca və dəniz” romanı haqqında fikirlərini təqdim edir. 

 

Bu onun ən gözəl işidir. Ola bilsin, zaman göstərəcək ki, “Qoca və dəniz” bizim - mənim və onun müasirləri tərəfindən yazılmış ən gözəl əsərdir.

 

Bu dəfə o Tanrını, Yaradanı tapdı. Bu vaxta qədər onun kişiləri və qadınları öz-özlərini yaradırdılar, öz palçıqlarından özlərini düzəldirdilər. Necə dözümlü olduqlarını göstərmək üçün bir-birinə qalib gəlir, məğlub olurlar. Bu dəfə Heminquey mərhəmət haqqında yazdı. Yazıçı bu mərhəmətdən yaratdı əsəri: Balığı tutub sonra buraxan qocanı bu yazdı. O balıq qocanın əvvəl azuqəsi, sonra uçurumu oldu.

 

Hər şey həqiqət idi. Və şükür Tanrıya ki, Heminquey bunu sevgi və mərhəmət hissi ilə yaratdı. Mənə bu haqda daha nəsə deməyə söz qoymadı.  

 

1952    

 

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018