Oskarlı aktyor Vudi Allenlə işləməkdən imtina etdi

Britaniyalı aktyor Maykl Keyn rejissor Vudi Allenlə işləməkdən imtina edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 84 yaşlı Keyn Allenlə əməkdaşlıq etməyəcəyini deyib.

 

Bunu o, rejissorun qızlığı tərəfindən təcavüz ittihamlarını eşitdiyi üçün edib. Keyn rejissorun ətrafında baş verənlərdən heyrətləndiyini, buna qədər bu məsələ haqda eşitmədiyini və belə şeylə barışmayacağını deyib.  

 

Keyn ikiqat “Oskar” mükafatı laureatıdır. Aktyor “Hanna və bacıları”, “Betmen: başlanğıc”, “Şərabçıların qaydaları” filminə çəkilib.

 

Bundan əvvəl bir neçə aktyor seks qalmaqalına görə Vudi Allenlə işləməkdən imtina etmişdi.

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018