Oleq Tabakov vəfat etdi

SSRİ xalq artisti, Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri, məşhur teatr və kino aktyoru Oleq Tabakov vəfat edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 82 yaşlı aktyor xeyli vaxtdır süni nəfəs aparatına qoşulubmuş.

 

Oleq Tabakov 1935-ci ildə Saratovda həkim ailəsində doğulub. 1957-ci ildə Moskva Bədaye Teatrının məktəb-studiyasını bitirib. Teatrda bir çox obrazlar yaradan Tabakov 1971-1976-cı illərdə “Sovremennik” teatrına rəhbərlik edib. 2000-ci ildən Moskva Bədaye Teatrının bədii rəhbəri idi.

 

Tabakov “Yuxuda və ayıqlıqda uçuş”, “Kaputsinov bulvarından olan adam”, “Yaxın dairə”, “Kazan yetimi” kimi filmlərdə oynadığı rolları ilə məşhurdur.

 

Həmçinin aktyor “Prostokvaşina” seriyasından olan cizgi filmlərinin, “Bobik Barboslarda qonaqdır” və “Kirpi üstəgəl tısbağa” cizgi filmlərinin səsləndirilməsində iştirak edib.

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018