“Cəngi” ansamblı Mahnı Teatrında konsert verib

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında “Cəngi” estrada folklor ansamblının konserti olub.

 

Tədbiri teleradioaparıcı Rahib Azəri açıb. O, Azərbaycanın milli dəyərlərinin təbliğində festivalın əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər ölkənin mədəni həyatına böyük töhfə verir.

 

Sonra “Cəngi” ansamblının konserti başlayıb. Musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini, muğam üstündə caz kompozisiyaları ifa ediblər. Konsert böyük maraqla qarşılanıb.

 

Xatırladaq ki, “Cəngi” qrupu xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyalar təqdim edir. Qrupu 1992-ci ildə tanınmış caz ustası, mərhum bəstəkar Rafiq Babayev yaradıb. 2002-ci ildən bu günədək qrupun bədii rəhbəri Əməkdar Artist Mircavad Cəfərovdur.

 

“Cəngi” ansamblı müxtəlif musiqi festivallarında iştirak edir, tez-tez qastrol səfərlərinə çıxaraq Azərbaycan xalq musiqisini bütün dünyada təbliğ edir.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018