Tbilisidə gənclərin kinofestivalı keçiriləcək

Martın 19-dan aprelin 2-dək Tbilisidə Cənubi Qafqaz respublikaları gənclərinin “Nəsil” (Pokolenie) adlı kinofestivalı keçiriləcək.

 

Kinofestival Gürcüstan, Azərbaycan və Ermənistanın müstəqillik əldə etmələrinin 100 illiyinə həsr olunur.

 

Gürcüstanın Mədəniyyət və İdman Nazirliyindən bildiriblər ki, bu ildən başlayaraq hər il keçiriləcək festival “Cənubi Qafqaz respublikaları gənclərinin beynəlxalq festivalı” statusunu alacaq.

 

Əsas məqsəd gənclərin kino mədəniyyəti və təhsilinin inkişafına yardım göstərməkdir.

 

Festival çərçivəsində gənclərin kino yaradıcılığı, kino sahəsində analitik təhlil bacarığı və digər qabiliyyətləri üzə çıxarılacaq, onlar üçün ustad dərsləri, mühazirələr, konfrans və digər əyləncəli proqramlar da təşkil olunacaq.

 

Festivalda 13-18 yaş arasında 300 nəfər yeniyetmə və gəncin iştirakı nəzərdə tutulub.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018