Azərbaycanlı kino bəstəkarı qalib oldu

Azərbaycanlı bəstəkar Azər Əsgərov kino bəstəkarlığı üzrə tədris proqramında ən yaxşı bəstəkar seçilib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bəstəkar 2018-ci ilin yanvarında Britaniyanın Ukraynadakı Şurası və Dovjenko Mərkəzinin həyata keçirdiyi Envision Sound kinobəstəkarlarının peşəkar inkişafı tədris proqramında iştirak edib və 13 iştirakçının arasından seçilib.

 

Proqramda Ukrayna, Polşa, Azərbaycan və Qazaxıstandan olan iştirakçılar Alla Zaqakeviç və Maykl Prays kimi təcrübəli kinobəstəkarların mentorluğu ilə həftə ərzində ukrayna səssiz kinoklassikası və gənc Ukrayna rejissorlarının kinolayihələri üzrində işləyiblər.

 

İntensiv Vorkşoplar və studiya məşğələləri bitdikdən sonra iştirakçıların işləri qiymətləndirilib. 13 iştirakçıdan 5 ən yaxşı Envizion Sound kinobəstəkarı seçilib.

 

Qaliblər Dovjenko Mərkəzindən və Britaniya şurasından iki gənc ukraynalı rejissorun kinolayihəsinə və üç səssiz arxiv filminə musiqi yazmaq üçün 22 min qriven həcmində qrant alacaqlar. Dovjenko mərkəzi həmçinin  filmlərin Kiyev və Odessada nümayişi zamanı canlı oxuyacaq ifaçılar üçün dəqonorar ödəyəcək. 

 

LENT

23 May 2018
22 May 2018
21 May 2018