“Velosipedlə Afrikaya” kitabı təqdim olunacaq

 

Martın 24-ü  macəraçı səyyah Yaşar Xudiyevin “Velosipedlə Afrikaya” adlı kitabının təqdimatı keçiriləcək.

 

Kulis.azın məlumatına görə təqdimat Bumeranq Yaradıcılıq Mərkəzində 15:00-20:00 saatlarında baş tutacaq.

 

Kitab Yaşar Xudiyevin Afrika qitəsinə velosipedlə səyahətindən bəhs edir. Səyahət 1 il ,7 ay çəkib. Yaşar Xüduiyev 22 min km qət edərək səfərini Ümid burnunda tamamlayıb.

 

Kitabda onun səyahət zamanı yaşadığı təhlükəli anlar, başına gələn hadisələr yer alıb.

 

Kitab “Ol” mətbəəsində nəşr edilib.

  

 

LENT

22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018