Murakami ilə “bomj”un zibillik söhbəti

Haruki Murakami Rusiyaya səfər edərkən təsadüfən çoxlu tullantılar atılan yerdən keçir. Maşını saxlatdırıb düşür. Bir “bomj” ona yaxınlaşıb rusca soruşur:

 

- Sən Murakamisən. Səni tanıdım. Yaxşı yazırsan.

 

Tərcüməçinin izahından sonra təəccüblənən Murakami kitablarını haradan əldə etdiyini soruşur. Əli ilə zibilliyi göstərən bomjun cavabı gözlənilməz olur.

 

- Elə buradan. Bura o qədər kitablar atırlar. Tolstoy, Çexov, Dikkenz... Mən də onları tapıb oxuyuram.

 

Bəşər tarixində kitabların özünə məxsus yeri var. Bir çox insan çıxış yolunu kitabda axtarır. Nəyəsə ümid edir. Bir dəfə qoca kitabxana sahibi gənclərə müraciət edərək deyir:

 

- Təəssüf ki, gənclər kitablardan çox şey gözləyirlər. Kitablar xilas yolunu göstərmir. Xilas yolunu tapmaq üçün insanlar kitab oxuyub beyni ayıq saxlamalıdırlar. Kitablar bizi yatmağa qoymur. Kitablardan qazanılan təcrübə ilə ani cavablar düşünmək olur.

 

Yazıçı Karlos Domingez “Kağız ev” əsərində yazır ki, bir çox qadının intiharına səbəb olan yazıçı həm də kulinariya kitabını yaradaraq bir o qədər qadını xilas edib.

 

Knut Hamsunu nasist olduğuna görə sevməyən xalq onun kitablarını yandırmır. Sadəcə evinin qabağına yığışıb kitablarını yerə atırdılar. Axşama yaxın kitablardan dağ əmələ gəlmişdi. Yazıçının ideologiyası xalqın rifahına zərər yetirirsə o, yolundan dönməlidir.

 

Bir də var faydasız yazıçılar. Saçını kitablar içində ağardan, tökən qoca yazıçı sevgidən başqa mövzuda yaza bilmirsə yazmamağı daha gözəl olardı.

 

Məşhurlaşmaq üçün dəridən-qabıqdan çıxan yazıçı əlbəttə tez unudulacaq. Tolstoydan bir məclisdə soruşurlar:

 

- O böyük, möhtəşəm “Anna Karenina”nı siz yazmısınız?

 

Tolstoy isə sakit, həvəssiz cavab verir:

 

- Hansı Anna? Hə, o? Bəli, mən yazmışam.

 

Xanımı Sofiya Tolstaya xatirələrində yazır ki, Tolstoy bir müddət yazmağı dayandırmışdı. Ona nə qədər desək də, yazmırdı. “Anna Karenina”nı isə sadəcə olaraq kitabdan əldə olunan gəlirlə dostlarını başqa ölkəyə köçürmək üçün yazmışdı.

 

Kitabdan təsirlənərək böyük şəxsiyyətlər böyük işlər görmüşlər. Məsələn, M.Qandi Tolstoyun əsərlərindən təsirlənərək Hindistan xalqını ayağa qaldırmışdı. Onları xalq olaraq xarakterli olmağa çağırmışdı.

 

Kurosava L.Tolstoyun “İvan İliçin ölümü” əsərindən təsirlənərək “Yaşamaq” adlı unudulmaz film çəkmişdi. Film ömrü boyu ofis işində işləyən, sakit, təmkinli, heç kimlə işi olmayan bir insandan bəhs edir. Bir gün həkimə gedir, həkim tezliklə öləcəyini deyəndə çox təsirlənir və bu təsir ona bir ideya bəxş edir. O nəhayət anlayır ki, daha böyük işlər görə bilər. Heç olmasa insanlara kömək edə bilər və bu ideyanın doğuşu ilə bərabər olaraq o günəşə çevrilir. Öz şüaları ilə insanları isidir.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018