Əllərinin istisi adama “gəl” deyirdi... – Mətləb Ağanın yeni ŞEİRİ

 

Kulis.az Mətləb Ağanın yeni şeirini təqdim edir.

 

*

 

...Axşamüstü olardı...

...bir sümük-bir dəriydi...

...çoxdan ölmüşdü yəqin,

gözləri dipdiriydi!

 

...əllərinin istisi

adama “gəl” deyirdi...

...nəydi onu öldürən?

kimdi?

...əcəl deyildi!..

 

...artıq nə fərqi vardı

onunçün!

yazdı, qışdı?!

...vəssalam-evdən çıxıb,

geri qayıtmamışdı...

 

...çiçəklərin qoxusu

eynən Onun iyiydi...

O, nəyi bilirdisə,

Tanrının bildiyiydi...

 

...sonra evə dönəndə,

yazdılar baş daşına...

“...Tanrı,

Sən

bizi

Onun

gözlərinə

bağışla...”

 

 

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018