Qismət qızından yazdı – YENİ ŞEİR

 

Kulis.az tanınmış şair Qismət Rüstəmovun “Əlifba” adlı yeni şeirini təqdim edir.

 

Qumruların Dəfnədən dən gözləyən çağında,

Ata-bala gəzişirdik yenə Cavid bağında.

Yerdən göyə bəstələnən fəvvarənin suları,

Yaman məsud eləyirdi Dəfnəni, qumruları.

Düşünürdüm, yaz günəşi təbəssümlə alışır,

Onda gördüm alagözlüm bir qumruyla danışır.

Susub baxdım onlara, aralı gəzdim bir az,

Qumrularla uşaqların sözünü kəsmək olmaz!

Kim deyib ki, quş dilini ancaq Süleyman bilir,

Uşaqlıqda bu lisanı, məncə, hər insan bilir.

 

2018, mart

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018