İndiana Cons qadın olacaq

Rejissor Stiven Spilberq İndiana Jons obrazında qadın görmək istəyir.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Spilberq əsas rol üçün filmə aktrisa dəvət edəcək.

 

Bunu rejissor müsahibələrindən birində deyib. “Belə olan halda onu Joanna” adlandırmaq lazım gələcək”, - deyə, Spilberq şərh verib.

 

71 yaşlı rejissor uşaqlıqdan güclü qadınların əhatəsində böyüdüyünü deyib. Anası Leya onu və üç bacısını tək böyüdüb. Spilberqin mühəndis atası evdə çox az olurmuş: “Anam güclü idi. Onun öz səsi, öz mövqeyi var idi. Mən xoşbəxtəm, çünki mənə çox sevdiyim qadınlar təsir göstəriblər” – deyə Spilberq 1991-ci ildən evli olduğu Keyt Kepşounu nəzərdə tutub.

 

İndiana Consun macəraları haqqında beşinci filmin çəkilişləri gələn ilin aprelində başlayacaq və 2020-ci ildə premyerası olacaq.  Bu, Harison Fordun oynadığı sonuncu İndiana Cons olacaq. “Amma əlbəttə əhvalat davam edir”, - deyə Spilberq söz verib.

 

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018