204 km yolu 30 milyona gedən Mona LizaŞOK FAKT

 

Fransa Mədəniyyət Nazirliyi daha çox insan sənətlə tanış olsun deyə Luvr Muzeyindəki Mona Liza tablosunun Fransa turuna çıxmasını planlaşdırır.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə Luvr Muzeyinin əməkdaşlarının apardıqları hesablamalar nəticəsində məlum olub ki, tablonun daşınması çox baha başa gələ bilər.

 

Hətta buna görə mədəniyyət naziri Fransuaz Nissenin bu layihədən imtina edəcəyi də istisna edilmir.

 

Leonardo da Vinçiyə aid məşhur tablo Parisdəki Luvr Muzeyindən 204 km uzaqda yerləşən Luvr-Lens Muzeyinə daşımaq üçün 30-35 milyon Avroya başa gələcək.  

 

Luvr Muzeyinin əməkdaşlarının hesablamalarına görə tablonun “sıfır tərpəniş” deyilən üsulla daşınması üçün biri 3 milyon Avro dəyərindəki xüsusi daşıma vasitələri lazımdır.

 

Daşınmanın maliyyə xərcləri isə ən azı 2 milyon Avro olacaq, çünki onlarla təhlükəsizlik xidməti işçisini cəlb etmək lazımdır. Tablonun daşınacağı muzeydə Mona Lizanı nəm və işıqdan qoruyacaq sərgiləmə vasitəsinin qurulması da milyonlarla Avro tutur. Bundan başqa tablonun daşınmasından sonra Parisdəki Luvr Muzeyinin ziyarətçilərdən və hədiyyə əşyalarının satışından əldə edəcəyi gəlirin 7-8 milyon Avro arasında azalacağını bildirir.

 

Hər il 8 milyon turistin ziyarət etdiyi Luvr Muzeyi isə Mona Liza tablosunun Fransa turuna çıxmasına ilıq yanaşmır. Dünya tarixinin ən qiymətli rəsmlərindən biri olan Mona Lizanın cari sığorta dəyəri 1 milyon dollardan çoxdur.

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018