Kitabının çapına görə evini satan azərbaycanlı yazıçı

 

Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma

xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından

əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf

ediləcək

 

Hüseyn Cavid

 

Azərbaycan ədəbiyyatında fikir adamları 35 yaşına kimi, yəni repressiya illərinə kimi yaratdıqlarını indi 80 yaşlı yazıçı yarada bilmir. 80 illiyində xeyli pul mükafatı alsa da ortada bir ədəbiyyat yoxdur. Ala-babat bir roman və iki-üç hekayə. Sonra da yaradıcılıq gecəsi keçirilir.

 

Azərbaycan ədəbiyyatı sovet dövründə inkişaf eləsə də, elə sovet dövründə də çöküş yaşadı. Cəfər Cabbarlı Aydın pyesində Aydının dilindən yazır:

 

“Yеr üzündə hakim, məhkum, zalım, məzlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz”.

 

Azərbaycan ədəbiyyatı teatr tamaşasına bənzəyir. Təlxəyindən, yaltağından tutmuş məğrur kasıbına, qudurğan varlısına kimi var. Pul hesabına özünə böyük təqdimatlar keçirirlər. Qohum tanışı yığıb təriflər eşitməkdən zövq alırlar. Özlərini Balzak, Çexov kimi hiss edirlər. Tutarlı kitabın təqdimata ehtiyacı yoxdur. Lakin Azərbaycanda kitab ən çox təqdimatda satılır deyə yazıçılar məcbur olub təqdimat keçirirlər.

 

Porşe ilə gəzib kasıb xalq haqqında yazmaq nə qədər gülüncdür. Viktor Hüqo vəsiyyətində qeyd etdiyi kimi bütün pullarını ehtiyacı olanlara saxlamışdı.

 

“Nədən yazım” deyə düşünüb nəticədə bayağı bir mövzudan yazırlar. İt guya sahibinin yoxluğunu hiss edir və ona atılan lülə kababı yemir.

 

Cəfər Cabbarlı Oqtay Eloğlu əsərinin sonunda yazır:

 

“...Mən dünyada ədalət divanı adına bir şеy tanımıram. Hamısı yalandır! Yalan dеyir Şillеr! Mən yеnə ancaq bu zavallı хalqı tanıyır, ona müraciət еdirəm. Ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin: kimdir müqəssir?...”

 

İsmayıl Şıxlı “Ölən dünyam” kitabını gözləri işıq üzünə həsrət qalanda yazıb. Yoldaşı və övladları onun dediklərini vərəqlərə köçürüblər. Ədəbiyyat budur: son nəfəsə kimi yaşayan!

 

Bir də qəribə bir nüans var. Əziz Nesin demişkən, bizdə bir-birini tənqid edirlərsə sizdə əksinə tərif edirlər. Bəlkə də buna görə inkişaf zəif gedir. Onlarda yazıçı Nobel mükafatı alır, bizdə isə heç namizəd yoxdur...

 

Əlisa Nicat canlı ensiklopediyamız ilk kitabını çap etmək üçün evini satmışdı. Ədəbiyyat naminə var dövlətdən imtina edən yazıçı dünyada barmaqla sayılası qədərdir. Harold Pinter gəmidə işləyərkən kapitanın alt paltarlarını yuyub sonra kitabxanasından kitab götürüb oxuya bilirdi...

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018