Eldəniz Zeynalovdan film çəkildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bizə xatirələr qalacaq” sənədli televiziya filminin istehsalını başa çatdırıb.

 

QSC-nin mətbuat xidmətindən Azərtaca bildirilib ki, filmdə görkəmli aktyor, Xalq Artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, “Mozalan” kinojurnalından kadrlar yer alıb.

 

Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissoru Elvin Vəlimətov, operatoru Elşən Bədəlovdur.

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018