47 yaşlı aktrisa vəfat etdi

 Moskvanın "Müasir pyeslər məktəbi” teatrının aktrisası Anjelika Volkçova vəfat edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa ağır xəstəlikdən sonra dünən,  47 yaşında dünyasını dəyişib. Ağır xəstəliklə mübarizə aparan aktrisa həkimlərə ölüm səbəbini açıqlamağa icazə verməyib.

 

Əməkdar artistlə vida mərasimi aprelin 10-da teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

 

Azərbaycan tamaşaçılarına "Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin "Londonqrad” və "Qromovlar” serialarında da maraqlı obrazlar yaradıb.

 

 

 

LENT

15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018