Səudiyyə Ərəbistanı Kann festivalında iştirak edəcək - İLK DƏFƏ

 

Səudiyyə Ərəbistanı ilk dəfə Kann festivalında bir neçə qısametrajlı filmlə təmsil olunacaq.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festivalda iştirakdan başqa Səudiyyə Ərəbistanı opera və orkestr yaratmaq üçün Fransa ilə əməkdaşlıq edəcək.

 

Səudiyyə Ərəbistanının vəliəhdi Ben Salman Fransaya səfəri zamanı Fransa və Səudiyyə Ərəbistanı mədəniyyət nazirlərinin görüşləri baş tutub. Görüş zamanı əməkdaşlıq və Kann festivalında rəsmi iştirak haqqında danışıqlar aparılıb.

 

Fransa mədəniyyət naziri ölkəsinin opera və orkestr yaratmaq üçün Səudiyyəyə kömək edəcəyini bildirib. Opera teatrı Səudiyyə Ərəbistanının qərbində, Ciddə şəhərində tikiləcək.

 

 

 

LENT

22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018