Dostoyevskinin ölümü haqqında bilmədiyimiz 12 FAKT

Dünya ədəbiyyatında öz əsərləri ilə iz qoyan Dostoyevski 1881-ci il yanvarın 28-də 60 yaşında həyatla vidalaşdı. Dostoyevskinin ölümü və dəfn mərasimi ilə bağlı bilinməyən 12 faktı sizə təqdim edirik:

 

1. 1881-ci il yanvarın 25-də Dostoyevskinin ciyərində qanaxma oldu. Günorta qanaxma fasilələrlə davam etdi. Xəstəliyinin üçüncü günü, 28 yanvar tarixində səhər saatlarında Sibirə məhkum qismində getdiyi zaman yolda dekabristlərin verdiyi İncili istədi.

 

2. Dostoyevski İncili açdı, Annadan bu sətirləri oxumasını istədi: “İsa cavab verərək ona belə dedi: İndi əzab çəkirəm, çünki bütün xilası gerçəkləşdirmək bizə yaraşır”, daha sonra isə bu gün öləcəyini dedi.

 

3. Uşaqları ilə vidalaşdı, İncili oğuna verdi. 20:30-da vəfat etdi.

 

4. Dostoyevskinin ölümünün səhəri günü dövlət cənazə xərclərini və uşaqların təhsilini öhdəsinə götürməyi təklif etdi. Anna hər iki təklifi rədd etdi. Ancaq bir neçə gün sonra iki min rublluq yardımı qəbul etdi.

 

5. Yanvarın 31-də 30 min insan bir sıra qurumların çələngləri ilə birlikdə tabutu Nevski Monastırının kilsəsinə qədər izlədilər.

 

6. Milli ənənəyə uyğun olaraq bütün gecə boyunca məzarı başında sıra ilə dua kitabı oxuyan tələbələri, oxucuları növbədə dayandılar.

 

7. “Səhər saatlarında kilsəni təmizləməyə gələndə kilsə işçiləri bir dənə də siqaret kötüyü tapmadılar. Bu hadisə keşişləri heyrətləndirdi. Bu uzun gecə növbələrində mütləq kimsə gizlincə siqaret çəkib kötüyünü yerə atan biri olardı. Ancaq bu dəfə ölənin xatirəsinə hörmət göstərərək orada olanlardan heç kim siqaret çəkməmişdi” - Anna Dostoyevski.

 

8. Dəfn mərasimi saat 8-də kilsədə başladı. Yazıçının yaxınlarına, dostlarına kartlar paylanmışdı. Bunlardan kilsəyə girmək üçün icazə kağızı kimi istifadə olunurdu. Bu kartlardan əldə edə bilməyən Anna kütlənin içərisindən keçərək yerinə çatmaq üçün xeyli əziyyət çəkdi. Ancaq mərasim başlayandan sonra yerinə çata bildi.

 

9. Köhnə bir adətə görə, tabut məzara qoyulduqdan sonra ölənin dostları, tanışları xatirələrini danışırlar. Söhbətlərin sayı və uzunluğu ölənin xatirəsinə göstərilən hörmətin ölçüsü idi. Hər danışan şəxs məzara bir çələng qoyurdu; bütünlükdə 74 çələng var idi.

 

10. Tabut məzara qoyulduqdan sonra ilk çıxış edən 1849-cu ildə Samenevski adlı yerdə Dostoyevski ilə birgə edam meydanında olan Palm adında roman yazarı idi.

 

11. Söhbətlər bitdikdən sonra tabutun üstü torpaqla örtüldü. Anna aclıqdan və ağlamaqdan gücünü itirən uşaqları qəbiristanlıqdan çıxardı.

 

12. Saat 4 idi, günəş batırdı. Məzarın ətrafındakı qələbəlik isə hələ dağılmamışdı.  

      

 

Tərcümə: Nicat Həşimzadə

Mənbə: "Dostoyevski" Edvard H. Karr

 

(Etatist.com)

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018