Dəyişirdi sifəti güzgülərə baxanda – ŞEİR

Kulis.az Mətləb Ağanın “Ya yazın son ayıydı” adlı yeni şeirini təqdim edir.

 

***

 

Ya yazın son ayıydı,

ya iyulun əvvəli...

...ya axrıydı hər şeyin,

ya da yolun əvvəli...

 

gecələr yuxusunu

qarışdırırdı sıx-sıx;

Görürdü-bir şəkildi,

boz-bulanıq, yarımçıq...

 

dəyişirdi sifəti,

güzgülərə baxanda.

nəsə gülümsəyirdi,

özgələrə baxanda...

 

...o axşam ayrı cürdü;

kefi lap yuxarıydı...

...qapısıyla üzbəüz

bir ağac da varıydı...

 

...səhər durub özünü

bir budağından asdı;

Nəhayət ki,

o gecə

Şəkli tamamlamışdı!

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018