Şuşa Teatrında premyera olacaq

Aprelin 13-də Teatr Xadimləri İttifaqının səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının “Aktyor əbədiyyətə qovuşanda” tamaşasının premyerası olacaq.

 

Teatrdan verilən xəbərə görə, psixoloji dram janrında hazırlanan birhissəli tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasındadır. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova çevirib.

 

Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nazir Rüstəmovdur. Səhnə əsərində Nazir Rüstəmov və Bahar Abdullayeva çıxış edəcəklər.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018