Məmməd Araza həsr olunmuş müsabiqə keçirilir

 

Məmməd Arazın anadan olmasının 85 illik yubileyi münasibəti ilə “III Məmməd Araz Poeziya günü” şeir müsabiqəsinə start verilib. Kulis.azın məlumatına görə müsabiqəni Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi təşkil edir.

 

Əsər qəbulunun şərtləri aşağıdakı kimidir:

 

Müsabiqəyə yalnız çap olunmamış şeirlər qəbul edilir. Şeirlər Məmməd Araz yaradıcılığına aid olmaya da bilər, məqsəd görkəmli şairə həsr olunmuş müsabiqədə ən yaxşı şeiri seçməkdir.

 

Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

 

Müsabiqəyə əsər qəbulu 2018-ci ilin 15 aprelindən 15 iyulunadək qədər davam edəcək.

 

Mükafatlandırılma mərasimi 2018-ci ilin oktyabr ayında – şairin doğum günü ərəfəsində keçiriləcək.

 

Müsabiqə üçün əsərlər gardashxan.eziz@gmail.com  elektron ünvanına göndərilir və ya AYB Yaradıcılıq məsələləri üzrə katibliyə təqdim edilir.

 

Müsabiqədə I yerin sahibi Məmməd Araz adına “Qartal” mükafatına, I dərəcəli diploma və qiymətli hədiyyəyə layiq görüləcəkdir.

 

II və III yerlərə layiq görülənlər diplom və qiymətli xatirə hədiyyələri ilə təltif ediləcəkdir.

Müsabiqədə seçiləcək şeirlərin poetik  məziyyətləri nəzərə alınmaqla daha bir neçə nominasiya üzrə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.

 

Müsabiqə iştirakçısı göstərilən e-mailə, yaxud müvafiq katibliyə şəxsiyyət vəsiqəsinin surətini (e-mailə elektron surətini), ədəbi təxəllüsünü göndərməli və ya təqdim etməli, əlaqə nömrəsini , ya da elektron poçtunu bildirməlidir.

 

 

Müsabiqənin iş prosesi:

 

Əsərlər nömrələnmiş qaydada (imzasız) işçi qrupuna verilir, işçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflərə təqdim edir.

 

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

 

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

 

Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır.

 

Qaliblərin şeirləri və digər seçilən əsərlər almanaxda nəşr ediləcək.

 

Qeyd: Müsabiqəylə bağlı suallarla əlaqədar  gardashxan.eziz@gmail.com elektron ünvanına yazmaq, yaxud 055-203-34-26  mobil nömrəsinə zəng etmək olar.

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018