Azərbaycan ədəbiyyatı Rusiya mətbuatında

Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi növbəti layihənin – Rusiyanın “Literaturnaya qazeta” nəşrinin Azərbaycan ədəbiyyatına ayırdığı “Müasir Azərbaycan ədəbiyyatı” səhifəsinin ilk təqdimatı olub.

 

Kulis.az-ın verdiyi xəbərə görə, qəzetin 11 aprel tarixli sayında Əli Kərimin “Qayıt”, “Daş”, “Analar ağlayır”, Vaqif Səmədoğlunun “Qaya”, “Şopen”, “Səhər açılır”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, “Ay işığı”, Vaqif Bayatlının “Göy üzünə qalxan dəniz”, “Biz qəribik”, “Həyat davam edir” şeirlərinin dərc olunduğu qoşa səhifə  Baş verən şeirlər” ön sözü ilə təqdim edilir.

 

 

Ön sözdə, Rusiyanın geniş oxucu auditoriyasına təqdim olunan bu ədəbi simaların hər birinin yaradıcılığı ayrı-ayrılıqda və birlikdə Azərbaycan ədəbiyyatının əlamətdar hadisəsi kimi qeyd edilir.

LENT

15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018