Nizaməddin Şəmsizadə səhhətindən danışdı: “Çox pis idim!”

Professor Nizaməddin Şəmsizadənin səhhətinin kəskin pisləşməsi ilə bağlı xəbər yayılıb.

 

Kulis.az xəbəri dəqiqləşdirmək üçün Nizaməddin müəllimlə əlaqə saxlayıb. Professor bildirib ki, iki həftə öncə vəziyyəti çox pis olub və Baku Medical Plaza Tibb mərkəzinə aparılıb: “Çox pis idim. 7 gün reanimasiyada qaldım. 6 gün isə palatada müalicəmi davam etdirdilər.”

 

N.Şəmsizadə dünən evə buraxılıb və indi özünü normal hiss edir.

 

Xatırladaq ki, o, böyrək çatışmazlığından əziyyət çəkir.

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018