Məşhur italyan rejissor vəfat etdi

 

Vittorio Taviani vəfat edib.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur italyan rejissor və ssenarist Vittario Taviani 88 yaşında Romada dünyasını dəyişib.

 

Mətbuata onun ölümü haqda qızı məlumat verib. Qızı onu da əlavə edib ki, atasına təmtəraqlı dəfn mərasimi etməyəcəklər.

 

Vittario Taviani bütün filmlərini kiçik qardaşı Paolonun köməkliyi ilə çəkib. Onlar 1952-ci ildən çəkilişlərə başlayıblar.

 

1977-ci ildə “Sahib ata” filmi ilə Kann festivalında mükafata layiq görülüb.  

 

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018