Şəhriyarın heykəlini uçurtdular - FOTO

 

Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü naməlum şəxslər tərəfindən sökülüb.

 

Şəhriyar meydanında böyük şairin xatirəsinə qoyulmuş büstün kimlər tərəfindən söküldüyü dəqiq bilinmir. Hadisə ilə bağlı yüzlərlə azərbaycanlı Şəhriyar meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər.

 

Yerli mətbuat orqanları yazıb ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.

 

Parsabad prokuroru bildirib ki, ustad Şəhriyarın büstü sökülərkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb./axar.az/

 

 

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018