Qurbağanın nağılı - TƏMSİL

Kulis.az Nazim Nəsrəddinovun “Qurbağanın nağılı” təmsilini təqdim edir.

 

Qurbağanın qur-quru bürümüşdü aləmi...

Elə bil gəlmiş idi  onun şairlik dəmi.

Çox dedilər, Qurbağa, beynimizi  qoparma,

Bu səsinlə, küyünlə zəhləmizi aparma....

Eşitmədi Qurbağa nə öyüdü, nə pəndi;

Quruldadı qurhaqur, dedi ki, söz mənimdi.

Yığışdılar qonşular bu göldə ki nə ki var,

Eylədilər məşvərət, çıxarıldı sərt qərar;

Zəhlətökən Qurbağa gərək çıxsın qırağa,

Onun qur-qur səsindən biz düşmüşük yatağa...

Elə bil ki, nohura  balaca daş atdılar...

Bundan sonra rahatca  yerlərində yatdılar.

 

***

 

Ay Qurbağa, bax necə çıxarılır nəticə,

Oturdulur yerində yaramazlar gör necə...

Qərar sənə olsun dərs, bundan sonra olma tərs.

Demə ki, həvəs idi...

Həvəs idi, olsun bəs...

 

LENT

25 İyun 2018
24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018