Tərcümə Mərkəzinin seçim turları davam edir

Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə mütəxəssislərin müəyyən edilməsi (dövlət qurumlarının sifarişləri əsasında əməkdaşlıq) məqsədi ilə təşkil etdiyi Seçim Turları davam edir.

 

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər  Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.

 

Qeydiyyat üçün tələb olunan sənədlər:

 

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. 2 ədəd (3x4) fotoşəkil;

3. CV

 

Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.

 

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 123)

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018