“Hababam sınıfı”nın axsaq bəstəkarı - ANIM

Bir bəstəkar var, Türkiyədə doğulub, elə Türkiyədə də vəfat edib. Milliyyətcə də türkdür. Adı Melih Kibardır. O, təkcə türk musiqisinin deyil, ümumiyyətlə musiqinin Melih Kibarı idi.

 

Melih həmkarlarından fərqlənirdi. İstər melodiyalarında, istərsə də mahnı ritmlərində. Əksərən mahnılarını axsaq ritmlərdə yazırdı - 5/8, 7/8, 9/8. Yəqin ki, çoxunuz tanımadınız onu. Bəstələdiyi mahnılardan bir neçəsinin adını çəkim, bəlkə tanıdınız. “İşte öyle bir şey”, “Bir de bana sor”, “Söyle, canım”, “Hep böyle kal”, “Sevdan olmasa”. Yenə tanımadınız? Yaxşı, “Hababam sınıfı”nın əfsanəvi melodiyasını yazan adam. “Həəə, bildim, bildim” dediyinizi eşitdim sanki. Sadaladığım bütün mahnıların sözlərini eyni qadın yazıb – Çiğdem Talu. Onlar birlikdə cəmi 8 il 3 gün işləyiblər. Bu müddət ərzində 273 mahnı yazıblar və bu mahnıların 106-sı aylıq musiqi siyahısında 1-ci yerə yüksəlib.                                                                                   

 

Hə, bax belə. Gəlin sizə maraqlı bir hadisə danışım. Melih Kibar bakalavr təhsilini Boğaziçi Universitetində, kimya mühəndisliyi üzrə alıb. Magistratura üçün İngiltərəyə getməyə qərar verir. 4 oktyabr axşamı atasıyla birgə İngiltərəyə yola düşür. Yolda müdhiş fırtınaya tutulurlar, sözlə ifadə olunmayacaq okean fırtınasına.

 

Şarkılarda hala 'aşık'lar

 

Hətta Melih o fırtınada necə sağ qaldığına məəttəl qalır.

 

Universitetin yataqxanasına gəlirlər, gecə orda qalacaqlar. Melih otaqdan çıxır ki, ətrafı gəzsin, qaranlıq dəhlizdə bir pianinoya dəyib dayanır. Qeyri-ixtiyari pianinonun arxasına keçir və yaşadığı qorxunu, həyəcanı notlara səpələməyə başlayır. Bir melodiya yazır, həmin melodiyanı kasetə köçürüb, atasıyla göndərir İstanbula, Çiğdemə. Çiğdem hər şeydən xəbərsiz bu melodiyaya söz yazır və geri göndərir. Melih məktubu açır və dəhşətə gəlir. Çiğdemin yazdığı bu mahnı mətninin adı “İçimdəki fırtına” idi. Bu da həmin sözlər:

 

Gün ağarırken, tek başıma oturmuşsam

Henüz daha gözlerimi bir an bile yummamışsam

Sen yoksan yine, bense yorgun ve yalnızsam

Hele bir de, bir de canım hasretine kapılmışsam     

Ve gözümde tütüyorsan buram buram

 

İşte o an bir fırtına kopar

Sanki o an yer yerinden oynar

Hoyrat bir rüzgar eserken

Sallanan gemi misali

Sallanır durur içimde dünya

 

Image result for Melih Kibar

 

Son ışıkları sönüyorsa sokakların

Yeni bir gün giriyorsa penceremden yavaş yavaş

Sen yoksan yine, bense suskun ve bitkinsem

Hele bir de bir kadehin gölgesine sığınmışsam

Ve yılların hesabını şaşırmışsam

 

İşte o an bir fırtına kopar

Sanki o an yer yerinden oynar

Külrengi bir akşam vakti

Kaybolan renkler gibi

Kaybolur gider gözümde dünya

 

İşte o an bir fırtına kopar

Sanki o an yer yerinden oynar

Bir koca çınar dalından

Savrulan yaprak misali

Savrulur gider güzelim dünya

                             

Image result for Melih Kibar 

            

1979-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkən Çiğdem Talu 29 may 1983-cü ildə dünyasını dəyişir. Çiğdemin ölümü Melihi darmadağın edir. Çiğdemdən sonra Melih əvvəlki kimi musiqi bəstələyə bilmir. Özü bu haqda deyirdi: “Ağlıma çoxlu melodiyalar gəlir, amma bu melodiyaları doğru sözlərlə ifadə edəcək birinin olmadığını düşünəndə bəstələmək fikrindən daşınıram.”

 

Çiğdemin ölümündən sonra Melih axsaq qalır, eyni mahnıları kimi – 5/8, 9/8…

                                                                                                     

Fərid Həsənzadə

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018