Bakıda "İtaliya Opera Günləri” keçiriləcək

 

Bakıda Coakino Rossininin (Gioachino  Rossini) 150 illiyi ilə əlaqədar “Opera Günləri” keçiriləcək.

 

APA-nın xəbərinə görə, "İtaliya Opera Günləri" çərçivəsində Dövlət Akademik Opera və Balet teatrında 5 fərqli mövzuda tədbirlər təşkil ediləcək.

 

İtaliya səfirliyinin təşkil etdiyi "Opera Günləri" aparıcı müasir rəqs qruplarının çıxışı ilə başlayacaq. Tədbirlər aprelin 21-dən mayın 6-dək davam edəcək.

 

Unikallığına görə həddindən artıq bəyənilən "Spellbound Contemporary Ballet" özünün 24 illik karyerası ərzində ilk dəfə Bakıda aprel ayının 21-də təqdim olunacaq.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının foyesində “Cara İtalia, Alfin di miro” adlı sərgi də keçiriləcək. Sərgi may ayının 3-dən 20-dək açıq olacaq.

 

Mayın 4-də italiyalı orqan ifaçısı Maurizio Saverna Savior Kilsəsində konsertlə çıxış edəcək.

 

Mayın 6-da isə “Barber of Seville” tamaşası təqdim olunacaq.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018