Mel Gibson İmam Hüseyndən çəkilən filmdə oynayacaq

 

Məşhur Hollivud aktyorları Mel Gibson və Morqan Friman Kərbala hadisələrindən bəhs edən filmdə oynayacaqlar.

 

Kulis.azın Türkiyənin Posta qəzetinə istinadən verdiyi məlumata görə hazırda Mel Gibsonla danışıqlar aparılır, bu yaxında müqavilə bağlanacağı gözlənilir.

 

Türk yazıçı Ahmet Turqutun “Eşqin şəhidi” romanı əsasında çəkilən filmin rejissoru Erhan Baytimur olacaq.

 

Film Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin Kərbəlada şəhid edilməsindən bəhs edir. Yezid ordusunun sərkərdəsi olduğu halda Hüseynin tərəfinə keçərək şəhid olan Hürr ibn Yəzd rolunu Mel Gibson canlandıracaq. Müsəlman olduğu deyilən Mel Gibsonun bu rolu oynamaqda istəkli olduğu söylənilir.

 

Filmin digər ulduzu aktyor Morqan Friman olacaq. O, Şemum rolunu canlandıracaq.

 

Çəkilişlər noyabr ayında Fasda keçiriləcək.

 

Filmdə İmam Hüseynin üzü göstərilməyəcək.

 

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018