Yoldaşı Gəncə üsyanına başçılıq edən, özü təyyarə qəzasında ölən general qızı

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

 

***

 

1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan sonra dövlət və hökumət rəhbərlərinin ən çox mühacirət etdiyi ölkə Türkiyə olur. Təxminən, yarım əsrə yaxın siyasi mübarizə aparmış soydaşlarımızın, aktiv siyasətçilərin olduğu otuzdan çox tarixi şəxsiyyətin son mənzili Fəriköy məzarlığındadır. İstanbulun bu məkanına məzarlıq yox, əksinə, muzey demək daha doğru olar. Türkiyədə bizim üçün ən kutsal yer, məhz, Fəriköy məzarlığıdır.

 

Hüseynqulu xan Xoyski

 

Çar ordusunun general-mayoru Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İskəndər xan rus ordusunun general-leytenantı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.

 

 

Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni, məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini  götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə  getmişdi.

 

 

Hüseynqulu Xan İsrafil bəylə İstanbula gələr-gəlməz buradan Polşaya gedirlər. Polşa dövləti İsrafil bəyə (İsrafilbəy Yadigar Polşa ordusunun 29-cu piyada diviziyasında mayor rütbəsi, daha sonra isə 11-ci süvari polkunda podpolkovnik rütbəsi ilə xidmət göstərib) polkovnik rütbəsi verərək orduda işə götürür. Hüseynqulu xana isə yaşlı olduğuna görə, fəxri rütbəsi qalmaqla passiv iş verirlər.

 

 

Hüseynqulu xan, Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. O, Nyu-Yorkda yaşayırdı. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.

 

Generalın qızı Valiyə xanım Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyliylə ailə qurmuşdu. O, Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyski və altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanına başçılıq etmişdi.

 

 

Ailəsi ilə birgə İtaliyada yaşayan Valiyə xanım 1947-ci ildə təyyarə qəzasında həlak olur. O, II Dünya Müharibəsi başa çatdıqdan sonra yaxınlarını ziyarət üçün İstanbula gəlir, İtaliyaya qayıdan zaman təyyarə Yunanıstanda dağa çırpılır, qəzada xeyli sayda insan həlak olur.

 

Valiyə Xanhoylu Fəriköy məzarlığında ailə üzvlərinin yanında dəfn olunub.

 

 

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar” 

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid 

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı

Fransada Zəfər Tağından keçirilərək dəfn edilmiş yeganə azərbaycanlı

Rəsulzadənin parlamentdə çıxışı zamanı ağlayan baş redaktor - “Gözü yol çəkən məzarlar”

 

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018