İki sənətçimiz beynəlxalq festivalda münsif olacaq

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov və teatrın aktyoru, əməkdar artisti Şövqü Hüseynov bu ilin aprel ayının 25-dən mayın 1-dək İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətinin tərkibində iştirak etmək üçün Təbriz Bələdiyyəsinin Mədəniyyət və İncəsənət təşkilatı tərəfindən dəvət alıblar.

 

Teatrdan Kulis.aza verilən xəbərə görə, sənətçilər sözügedən Beynəlxalq tədbirdə iştirak etmək məqsədi ilə aprelin 24-də İran İslam Respublikasının Təbriz şəhərinə  yola düşəcəklər.

 

Festival çərçivəsində Azərbaycan teatr sənətçiləri teatr sənətinə aid müxtəlif treninqlərdə, ustad dərslərdə və seminarlarda çıxış edərək və Azərbaycan teatrı festivalda iştirak edən digər xarici ölkə teatr mütəxəssislərinə və təbrizli həmkarlarına məlumat verəcəklər.

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018