“Səmanın fəthi” adlı yeni film gəlir

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi “Səmanın fəthi” adlı elmi kütləvi sənədli film ərsəyə gətirib.

 

Kulis.azın məlumatına görə filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorlar Habil Muğanlı və Əminə Həsənli, montaj Pərviz Səlimov, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbər Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

 

Film astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, eyni zamanda kəşf edilmiş yeni göy cisimləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs edir.

 

”Səmanın fəthi” sənədli filminin ilk nümayişi 23 aprel saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasında olacaq.

 

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018