Universitetdə Şərif Ağayarla görüş keçirilib - FOTOLAR

Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyatı kafedrasında yazıçı Şərif Ağayarla görüş  keçirildi.

 

Kulis.azın verdiyi xəbərə görə, görüşdə “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı müzakirə edilib.

 

Görüşdə tələbələrlə yanaşı, professor-müəllim heyəti də çıxış edib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dos. Emin Ağayev, Pedaqoji fakültənin elmi işlər üzrə dekan müavini Kənan Bəşirov, filologiya elmləri üzrə fəlsəfə doktoru Sədrəddin Hüseyn, kafedranın baş müəllimləri Rəhman Quliyev və Ülvi Bbabasoy iştirak ediblər.

 

Şərif Ağayar görüş haqqında belə deyib: “Mən çox auditoriyalarda olmuşam, bu qədər hazırlıqlı, fəal, mətni anlayan və duyan gənclərlə çox az hallarda rastlaşmışam. Çox sevindirici görüş oldu. Yəqin ki, heç vaxt unutmayacağam.”

 

 

 

 

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018