Buker mükafatçısından İki Qısa Hekayə

Kulis.az çağdaş Amerika yazıçısı, 2013-cü ildə Beynəlxalq Buker mükafatının qalibi, qısa hekayələr ustası Lidiya Deyvisdən (Lydia Davis) seçmə hekayələr təqdim edir.

 

Lidiya Deyvis məşhur yazıçı Pol Osterlə evli olub, onların Daniel adlı bir oğlanları da var. Lidiya Deyvisin qısa hekayələrini fotoaparatın ani yanıb-sönən işığına, şimşək çaxmasına bənzədirlər. Lidiya Deyvis hazırda rəssam Alen Koutla evlidir, Nyu-Yorkda yaşayır.

  

İt tükü

 

İt getdi. Darıxırıq onun üçün. Qapı döyüləndə artıq heç kim hürmür. Evə qayıdanda bizi gözləyən yoxdur. Hələ də evin ətrafında və paltarlarımızın üstündə ağ tüklərə rast gəlirik. Tükləri yığırıq. Əslində atmalıyıq. Amma ondan bizə qalan ancaq tüklərdi. Atmırıq. Çılğın bir arzumuz var – yetərincə tük yığa bilsək, bəlkə, iti təzədən yarada bilərik.

 

Ölüm elanlarından seçmələr

 

Yelena uzun-uzun gəzintiyə çıxmağı, bağ-bağat işləri görməyi və nəvələrini çox sevərdi.

Riçard öz işini qurmuşdu.

Alfred ən yaxşı dostları olan iki pişiyini də çox sevirdi.

Albert heyvansevər idi.

Donald hamı üçün ilham mənbəyi idi.

Edvinin (94 yaşındaydı) bir qızı vardı.

Marion (100 yaşındaydı) həyatı boyu evdar xanım idi. Kart oyunlarından xoşu gəlirdi. Çox səyahət etmişdi, xüsusilə Koloradonu sevirdi. Həmişə insanların yaxşı tərəflərini görməyə çalışırdı.

 

Tərcümə etdi: Qismət /sim-sim.az/

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018