Fərid Hüseyn Kazanda Ana Dili Bayramında

 

Gənc şair Fərid Hüseyn 26-27 aprel tarixlərində Kazanda keçirilən, böyük tatar şairi Abdulla Tukayın doğum gününə təsadüf edən Ana Dili Bayramında ölkəmizi təmsil edir.

 

Bu gün başlayan tədbirə dünyanın müxtəlif ölkələrindən şairlər, yazıçılar qatılıblar.

 

Açılış mərasimi Abdulla Tukayın heykəli önündə baş tutacaq. Daha sonra şairlər Musa Cəlilin adına Tatarıstan Dövlət Opera və Balet Teatrında şeirlərini səsləndirəcək, ədəbiyyatşünaslar isə  ədibin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edəcəklər. Bu gün həm də Abdulla Tukay adına Dövlət Mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.

 

Bayramın ikinci günündə tədbir iştirakçıları Abdulla Tukayın dünyaya göz açdığı vilayətə – Ətnə rayonuna (keçmiş Quşlavıc) səfər edəcək, orada ədibin muzeyi ziyarət olunacaq  və ədəbi-bədii gecə keçiriləcək.

 

F.Hüseyn şeir gecəsində “Abdulla Tukay və ölümün möcüzəsi” adlı məruzəylə çıxış edəcək və şeirlərini oxuyacaq./artkaspi.az/

 

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018