Azərbaycanlı aktrisa Beynəlxalq müsabiqədə qalib olub

 

Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Səbinə Məmmədova Rusiya Federasiyasının və Moskva vilayətinin Mədəniyyət Nazirliklərinin dəstəyi və RF Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə baş tutacaq XII Beynəlxalq Yay Teatr məktəbində təhsil almaq üçün müsabiqədə qalib gəlmişdir.

 

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, gənc aktrisa dünyanın 30 xarici ölkə teatrları və Rusiya Federasiyasının 40 şəhərindən olan teatr aktyorları arasında seçilərək bu il iyun ayının 1-dən 28-dək Moskvada keçiriləcək Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edəcəkdir.

 

RF – Teatr Xadimləri İttifaqı artıq 12-ci ildir teatr sənəti sahəsində belə bir iri miqyaslı təhsil layihəsini reallaşdırır.

 

RF Xalq Artisti, RF-nın Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kolyaginin rəhbərliyi ilə gerçəkləşən və səhnə sənəti ilə məşğul olan gənclər üçün böyük önəm kəsb edən Beynəlxalq Teatr Yay məktəbində 3 həftə müddətində müdavimlər aktyor sənətinin vacib elementlərini özündə  birləşdirən ustad dərslərdə, treninqlərdə, nəzəri mühazirələrdə, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti, əlaqəli improvizasiya, vokal, ritmika, müasir rəqslər, qrim, qılınc və səhnə döyüşləri üzrə təlimlərə cəlb ediləcəklər.

 

Teatr məktəbinin pedaqoji heyəti RF-nın aparıcı Ali Sənət  Ocaqlarının tanınmış heyətindən ibarət olaraq bur neçə janr üzrə - dramatik, kukla, xoreoqrafiya və meydan tamaşaları tədris müddətinin sonuna yaxın gənc aktyorların iştirakı ilə hazırlanaraq, Moskva şəhərinin aparıcı teatrlarında və RF TX-İttifaqının binasında, eləcə də Moskvanın mərkəzi küçələrində kütləvi nimayiş etdiriləcəkdir.

 

Təhsil müddətində eyni zamanla tələbə aktyorların Rusiya və xarici teatr mütəxəssisləri ilə görüşləri və teatr tamaşalarını seyr etmələri də nəzərdə tutulmuşdur.

 

 

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018