"Nar bağı” filmi ABŞ-da nümayiş olunacaq

 

“Nar bağı” bədii filmi ABŞ-da keçirilən SEE (South East European Film Festival) film festivalında nümayiş olunacaq.

 

APA-nın məlumatına görə, "Azərbaycanfilm" kinostudiyası və "Buta film" kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

 

Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

 

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018