ADA Universitetində “Möhtəşəm Getsbi” oynanılacaq

Mayın 3-ü saat 16-da ADA Universitetinin böyük təyinatlı zalında yeni tamaşa nümayiş olunacaq.

 

Tamaşa ADO teatrı və ADA Drama Klubun birgə əməyi nəticəsində ərsəyə gəlib. Yeni layihədə siz ADA Universitetinin tələbələrini görəcəksiniz.

 

Belə ki, F. Scott Fitsçeraldın məşhur romanı olan “Möhtəşəm Getsbi” ADO-nun fransız əsilli aktrisası Elsa Furtado tərəfindən hazırlanıb. Tamaşadakı rolları tələbələr ingilis dilində canlandıracaqlar.

 

Qeyd edək ki, ADO teatrı bir neçə ildir ki, ADA Universiteti ilə əməkdaşlıq edir. Teatrın bir neçə tamaşası universitetdə nümayiş olunub. Eyni zamanda teatrın əməkdaşları universitetin tələbələri ilə də tamaşalar hazırlayır.

 

Ötən il ADA Universitetinin tələbələri ilə teatrın aktyorları “Romeo və Cülyetta” tamaşasını təqdim edib.

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018