“Sevilya bərbəri” operası təqdim olunacaq

Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin “Sevilya bərbəri” operası təqdim olunacaq.

 

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə səhnə əsərində azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcək.

 

Operada Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo canlandıracaq. Səhnə əsərində Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova da çıxış edəcəklər. Opera italiyalı dirijor Alessandro Kalkanenenin bədii rəhbərliyi ilə idarə olunacaq.

 

 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018